Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: “Kim Allaha və axirət gününə iman gətiribsə, ya xeyir danışsın, ya da sussun. Kim Allaha və axirət gününə iman gətiribsə, qonşusuna yaxşılıq etsin. Kim Allaha və axirət gününə iman gətiribsə, qonağına yaxşılıq etsin.” [1] (əl-Buxari və Müslim rəvayət etmişlər.)
Əbu Hüreyrə (künyəli) Abdurrahman ibn Saxr (Allah ondan razı olsun) demişdir: Mən eşitdim ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurdu: “Mən sizə nəyi qadağan edirəmsə, ondan çəkinin. Nəyi sizə əmr edirəmsə, onu bacardığınız qədər yerinə yetirin. Həqiqətən də sizdən əvvəlkiləri çox sual vermələri və peyğəmbərləri ilə mübahisə etmələri həlak etdi.”[1] əl-Buxari və Müslim rəvayət etmişdir.
Möminlərin əmiri Əbu Həfsə Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) demişdir: Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə buyurduğunu eşitdim: “Həqiqətən əməllər niyyətlərə görədir. Hər bir insana onun niyyət etdiyi verilər. Kimin hicrəti Allaha və Onun Peyğəmbərinə tərəfdirsə, onun hicrəti Allaha və Onun Peyğəmbərinə tərəf olar. Kimin də hicrəti dünya, onun əldə edilməsi və ya qadınla nikahlanmaqdırsa, o hicrət etdiyinə tərəf yönələr”.
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) nəvəsi və onun reyhanı Əbu Muhəmməd Həsən ibn Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: Mən, Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) bu sözləri əzbərləmişəm: ”Səni şübhələndirən işi tərk et, şübhələndirməyəni götür.” (ət-Tirmizi və ən-Nəsai rəvayət etmişlər. ət-Tirmizi demişdir: Hədis həsən səhihdir)
Bakı, Azərbaycan
Thursday, 19th September, 2019
20th Muharram, 1441
NamazVaxt
Fəcr04:50
Günəşin doğuşu06:25
Zöhr12:34
Əsr16:56
Məğrib18:44
İşa20:14

Hər müsəlman dərk etməlidir

İslamın şərtləri

İslamım 5 əsas şərti var. Bunları bilmək hər bir müsəlmana vacibdir.

Şəhadət

Namaz

Zəkat

Oruc

Həcc