İslamım Şərtləri

 

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Əbu Abdurrahman Abdulla ibn Ömər ibn əl-Xəttab (Allah onların hər ikisindən razı olsun) demişdir: «Mən eşitdim ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurdu: “İslam beş əsasın üzərində qurulmuşdur: “Lə iləhə illəllah və Muhəmmədən rasulullah” şəhadəti, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq.” əl-Buxari və Müslim rəvayət etmişlər.

İslam dininin beş şərti bunlardır:

  1. Kəlməyi şəhadət (ərəb. الشهادة‎‎)
  2. Namaz (ərəb. الصلاة‎‎)
  3. Zəkat (ərəb. الزكاة‎‎)
  4. Oruc (ərəb. الصوم‎‎)
  5. Həcc (ərəb. الحج‎‎)

Şəhadət

Bir insanın Müsəlman ola bilməsi üçün kəlmeyi-şəhadət gətirməsi lazımdır. Bu şahidliyin mənası belədir: “Allahdan başqa haqq məbud olmadığına, Həzrəti Məhəmmədin də onun qulu və elçisi olduğuna şahidlik edərəm.” (ərəb. أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسوُلُ اللَّهِ‎‎)

Namaz

Namaz hər gün beş vaxtda Allahın hüzurunda dayanıb rüku və səcdə ilə ibadət etməkdir.

Zəkat

Zəkat zənginlərin mallarından dinin təyin etdiyi qədər Müsəlman olan kasıblara, Allah rizası üçün, verməkdir. Zəkatdan əlavə kömək isə sədəqədir.

Oruc

Ramazan orucu nəfsi tərbiyə edər. Müsəlman çəkdiyi aclıq ilə kasıblara qarşı mərhəmət hissi duyar.

Həcc

Həcc maliyyə vəziyyəti və səhhəti yerində olan möminlərə ömürlərində bir dəfə, Kəbəni ziyarət etməkdir. Beləcə dünya Müsəlmanları bir araya gəlir.